...

British Airways aviaşirkəti Azərbaycan turistləri üçün 2013-cü ildə ən çox ziyarət ediləcək 13 istiqamətin adını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Dekabr 2012 11:46 (UTC +04:00)
British Airways aviaşirkəti Azərbaycan turistləri üçün 2013-cü ildə ən çox ziyarət ediləcək 13 istiqamətin adını açıqlayıb
British Airways aviaşirkəti Azərbaycan turistləri üçün 2013-cü ildə ən çox ziyarət ediləcək 13 istiqamətin adını açıqlayıb

British Airways aviaşirkəti Azərbaycan turistləri üçün 2013-cü ildə ən çox ziyarət ediləcək 13 istiqamətin adını açıqlayıb. Onların arasında ən populyar Dubay, Rio-De-Janeyro və Las-Veqas şəhərlərinin olacağı gözlənilir.

British Airways aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə Kommersiya Direktoru Paolo De Renzis bildirib ki, siyahıda tanınmış istiqamətlərlə yanaşı yeni məntəqələrdə yer alır.

"Turizm həvəskarları həm Las-Veqas və Dubay kimi məşhur, ənənəvi istirahət mərkəzləri, həm də yeni, sınaqdan keçməmiş istiqamətlərə üstünlük verirlər. Siyahı British Airways aviaşirkətinin 175 istiqamətdən ibarət geniş şəbəkəsinin kiçicik bir hissəsidir. Hər bir istiqamət üzrə Londonun Hitrou hava limanının 5-ci Terminalından səfərə çıxmaq mümkündür.

"Şübhəsiz ki, üzümüzə gələn ildə turistlər yenidən Dubay, Banqkok və Keyptaun kimi maliyyə baxımından sərfəli marşrutları seçəcəklər. Eyni zamanda, Asiya istiqaməti üzrə sərnişin axınının artmasını müşahidə edilir. Bu səbəbdən, biz Seul (Cənubi Koreya) və Şri-Lanka şəhərləri daxil olmaqla, bir sıra yeni marşrutları istifadəyə vermişik - British Airways aviaşirkətinin Böyük Britaniya və İrlandiya üzrə satış meneceri Riçard Tams bildirib.

Aviaşirkətin məlumatları əsasında mütəxəssis qrupunun tərtib etdiyi Top-13 istiqamət bunlardır:

Şri-Lanka: Bu ölkə Hind Okeanın "incisi" kimi tanınır. Son zamanlar adıçəkilən tropik ada istiqamətində irimiqyaslı turist axını nəzərə çarpır. "Hal-hazırda Şri-Lanka çox populyardır. Bu kiçik ada misilsiz zənginliyi ilə fərqlənir: saysız-hesabsız çimərliklər, fil gəzintisindən tutmuş YUNESKO-nun Ümumdünya irsinə daxil edilmiş obyektlərinə kimi" - British Airways aviaşirkətinin hava yolları üzrə meneceri Aş van Vensven deyir.

Rio-De-Janeyro, Braziliya: 2012 London Olimpiadasının təəssüratlarından doymayanlar futbol üzrə Konfederasiyalar Kuboku-2013, Dünya Çempionatı-2014 və 2016-cı ildə Yay Olimpiadasını qəbul edəcək Rio-De-Janeyroya üz tuta bilərlər. Günəşli sahillər, qızğın əyləncə gecələri Rionu dünyanın ən cazibəli və istənilən şəhərlərindən biri edir.

Seul, Koreya: "Gangnam style" Koreyaya yeni maraq dalğası yaradıb. Lakin bu ölkə tək yaddaqalan pop-musiqisi ilə məşhur deyil. "Koreya mütərəqqi biznes və yüksək səviyyəli, inkişaf etmiş turizm sektoruna malikdir. O cümlədən, 10-milyon sakinin yaşadığı Seul şəhəri daim böyüyür və sağlam düşüncəli insanları bir araya yığır" - British Airways aviaşirkətinin kommersiya meneceri Mayk Rok.

Xorvatiya: Adriatik dənizin incisi - Dubrovnik, məşhur simalar daxil olmaqla, dünyanın hər bir guşəsində yaşayan turistləri özünə cəlb etməkdə davam edir. Yeri gəlmişkən, 2013-cü il Xorvatiya üçün əlamətdar olacaq. Məhz bu ilin iyun ayında ölkə Avropa İttifaqına daxil olmalıdır.

Vyetnam: Son zamanlar Vyetnam səyyahların dilindən düşmür. Bu ölkənin paytaxtı Xanoy şəhərinin zəngin yerli mədəniyyətini mənimsəmək arzusunda olan turistlərin sayı durmadan artır. Turizm sektorunda intibah dövrünü yaşayan Vyetnam sanki iyirmi il əvvəlki Taylandı xatırlayır.

Punta Kana, Dominikan Respublikası: Karib hövzəsində yerləşən Punta Kana - ailəvi istirahət üçün ən zəruri məkanlardandır. "İnsanlar tədricən dərk edirlər ki Punta Kana - əsl cənnətdir. Burada dincələnlər əlverişli qiymətlər, rahat otellər, Karib dənizinin əsrarəngiz çimərliklərini xüsusilə qeyd edirlər" - British Airways aviaşirkətinin hava yolları üzrə meneceri Aş van Vensven.

Deri, Şimali İrlandiya: Bu şəhər 2013-cü ilin mədəniyyət paytaxtı seçilib. Odur ki çoxsaylı mədəniyyət tədbirləri və müxtəlif şənliklər ünvanı - Deriyə getməyə dəyər. Ələlxüsus, nəzərə alsaq ki Şimali İrlandiyanın paytaxtı - Belfast şəhərindən Derini cəmi bir saatlıq yol ayırır.

Las Veqas, ABŞ: Klassika daim dəbdədir, üstəlik şahzadə Harridən nümunə götürən "Günahlar Şəhəri" daha da zəngin çeşidıi xidmətlər təklif edir. Mükəmməl keyfiyyətli otellər, müxtəlif tamaşalar, eksklüziv restoranlar və gecə əyləncələri hələ də turist izdihamına səbəb olur.

Tbilisi, Gürcüstan: Yeni otel və restoranlar Gürcüstan paytaxtının simasını tam dəyişiblər. "Tbilisi heyranedici şəhərdir. Buradakı mənzərəli və səfalı gəzinti yerləri, üzüm bağları, yerli şərab və konyak hər bir nəslin nümayəndələrini özünə cəlb edir" -
British Airways aviaşirkətinin Böyük Britaniya üzrə satış meneceri Riçard Tams qeyd edir.

San-Diyeqo, ABŞ: 70-ci illərin yerli televiziya əfsanəsi, Ron Burqundi "Anchorman 2" filmi ilə böyük ekrana qayıdaraq San-Dyeqonu yenidən gündəmə gətirib. Üstəlik, San-Diyeqo qolf həvəskarları üçün müstəsna bir yerdir.

Keyptaun, CAR: Keyptaun turistlərə istirahət üçün tam xidmət təklif etməkdə davam edir: keyfiyyətli qida, gözəl şərab kolleksiyası, ekskursiyalar, çimərliklər, heyranedici mənzərələr və s.

Аlikante: İspanlar kimi həyatdan zövq almağı bacaran ikinci millət çətin ki tapılsın ... Odur ki, Alikante daim xoş əhval-ruhiyyədə olmaq istəyənləri çağırır. Şəhərin qədim hissəsində bar və restoranlarda, burada keçirilən çoxsaylı festivallarda şənlik heç vaxt tükənmir. Gün ərzində isə şux sədalı yerli bazarlar və qumlu çimərliklər turistləri gözləyir.

Dubay: Daim populyar Dubay turistləri özünə cəlb etməkdə davam edir. Yaxınlarda əyləncələr sırasına "Hello Kitty" spa-mərkəzi və yeni xizək yamacı əlavə edilib. "Dubay son illər cazibəsini artıraraq, yüksək səviyyəli otellər və möhtəşəm istirahət təklif edir" - British Airways aviaşirkətinin hava yolları üzrə meneceri Aş van Vensven deyir.

ba.com saytı vasitəsilə bu və digər şəhərlərə əlverişli qiymətlərlə biletlər sifariş etmək mümkündür.
-SON-

British Airways haqqında:
• Yay mövsümində British Airways həftədə 10 aviareys, qış mövsümündə isə Bakıdan Londonun Hitrou hava limanına gündəlik aviareyslər həyata keçirir.
• British Airways - marşrut şəbəkəsi 75 ölkə, 170 istiqaməti əhatə edən irimiqyaslı beynəlxalq aviaşirkətdir.
• British Airways hər il bütün dünya üzrə 36 milyona yaxın sərnişin daşıyır.
• Aviaşirkət, əksəriyyəti uzun məsafəli uçuşlar üçün tam münasib 4 salon seçməyi təklif edir. Azərbaycanda müştərilərə iki cür salon təklif edilir - Biznes və Ekonom.
• British Airways yeni təyyarələr, salonlar, texnologiyalar və marşrutlara daim maliyyə vəsaitləri ayırır.

Məlumat üçün British Airways aviaşirkətinin Azərbaycandakı nümayəndəliyinə müraciət edin.
Тel: (012) 436 85 09
E-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti