...

“Unibank” yeni iş qrafikinə keçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 13:13 (UTC +04:00)
Bu gündən etibarən "Unibank"ın filialları saat 19.00-dək işləyəcək. Məqsəd Unibank müştərilərinin bankın xidmətlərindən istifadə imkanlarını daha da artırmaqdır.
“Unibank” yeni iş qrafikinə keçir

Azərbaycan, Bakı, 21 dekabr /Trend/

Bu gündən etibarən "Unibank"ın filialları saat 19.00-dək işləyəcək. Məqsəd Unibank müştərilərinin bankın xidmətlərindən istifadə imkanlarını daha da artırmaqdır. Trend-in məlumatına görgə, bu barədə bankın cümə günü yaydığı məlumatda deyilir.

Bakıda yerləşən 11 saylı (Dərnəgül)və 16 saylı (Baksovet) filialları istisna olmaqla, Baş ofisin müştərilərə xidmət bölməsi daxil, "Unibank"ın paytaxt və bölgələrdəki filialları dekabrın 30-u da daxil olmaqla, ilin sonunadək həftənin bütün günləri saat 09.00-dan 19.00-dək fasiləsiz işləyəcək. Əməliyyatlar saat 18.30-dək aparılacaq.

"Unibank"ın "Neftçilər" və 10 saylı (Əhmədli) filialları həmişə olduğu kimi həftənin 6 günü saat 09.00-dan 20.30-dək müştərilərinin xidmətindədir. Bankın Bülbül pr. 10 ünvanında, "Sahil" metrostansiyasının yaxınlığında yerləşən 17 saylı "Sahil" filialı isə günün 24 saatı fəaliyyətdədir.

"Unibank"ın kreditlərindən Bankın geniş partnyor şəbəkəsində də istifadə etmək olar. ATƏŞGAH SIĞORTA şirkətinin 11 satış məntəqəsində, 28 MALL və Nərgiz Ticarət Mərkəzində elə yerindəcə "Albalı" taksit kartlarını rəsmiləşdirmək mümkündür.

"Unibank" ölkə bankları içərisində ilk dəfə istehlak kreditlərinin bankomatdan sifarişini də qəbul edir. Bunun üçün "Unibank"ın bankomatına yaxınlaşıb, istənilən Bankın plastik kartını "Unibank"ın bankomatına daxil edib və dil seçimindən sonra, xidmətdən istifadə edə bilərsiniz. ATM-in ekranında "Unibank"a istehlak krediti ilə bağlı müraciət etmək üçün, ikinci pəncərədə "kredit" düyməsini seçib, öz mobil nömrənizi ATM-ə daxil edərək, təsdiqləyirsiniz. Müraciətiniz qəbul olunduqdan sonra, bank əməkdaşları qısa müddətdə sizə zəng edərək, kredit təklifinizi cavablandıracaq. Kredit müraciəti, istənilən başqa bankın kartı vasitəsi ilə həyata keçirilə bilər.

Əlavə olaraq, müştərilər "Unidirect" xidmətindən də istifadə edə bilər. Bunun üçün müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz iş (korporativ) elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.
Son texnoloji yenilikləri tətbiq etməklə, müştərilərinə göstərdiyi xidməti günü-gündən yaxşılaşdıran "Unibank", 60-dan çox ATM-lə yalnız özünün deyil, digər bankların müştərilərinə də xidmət göstərir.

"Unibank"ın yeni illə bağlı arayışsız yeni nağd kredit kampaniyası çərçivəsində hər kəs iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə illik 3 faizdən artıq endirimlə nağd kredit götürə biləcək. Yanvarın 13-dək davam edəcək bu kampaniya 3-30 ay müddətinə 300 manatdan 5000 manatadək kredit götürməyə imkan verir. Kampaniya çərçivəsində müştərilərin yaşayış qeydiyyatına, iş stajına heç bir tələb qoyulmur. Paralel olaraq, hədiyyə kimi mobil operatorlar vasitəsilə bir saatlıq danışıq kartları da təqdim ediləcək. Başqa banklarda kredit borcu olanlara da arayışsız kredit veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti