...

"Azərbaycan Hava Yolları" yeni vertolyotlar alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 15:30 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC "AgustaWestland" markalı 10 yeni vertolyot alacaq. Trend-in məlumatına görə, bu barədə "AgustaWestland" şirkətinin rəsmi saytında bildirilir.
"Azərbaycan Hava Yolları" yeni vertolyotlar alır

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC "AgustaWestland" markalı 10 yeni vertolyot alacaq. Trend-in məlumatına görə, bu barədə "AgustaWestland" şirkətinin rəsmi saytında bildirilir.

Məluamtda deyildiyi kimi, aviaşirkət artıq "AW139s" markalı 8 vertolyotun alınması üçün sifarişi icra edib və 2 "AW189s" markalı vertolyotun ilkin sifarişini həyata keçirib.

4 "AW139s" və 2 "AW189s" vertolyotundan dəniz daşımalarında, 2 "AW139"-dan təcili tibbi yardım xidməti üçün, biri axtarış-xilasetmə, biri isə VIP daşımalar üçün istifadə olunacaq.

Vertolyotların ölkəyə gətirilməsinə 2013-cü ilin ikinci yarısından başlanacaq. Sövdələşmənin ümumi dəyəri 115 milyon avro təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti