...

Biləsuvar rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2012 15:58 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən 4 saylı qəsəbədə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Biləsuvar rayonunun inkişafı üzrə investisiya layihələrinin qəbulu elan edilib

Azərbaycan, Bakı, 21 delabr /Trend/

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən 4 saylı qəsəbədə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində Cəbrayıl rayonunun icra hakimiyyəti orqanlarının nümayəndələri və məcburi köçkün sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Biləsuvar rayonunda yerləşən qəsəbələr üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- kiçik həcmli cins heyvandarlıq təsərrüfatlarının yaradılması;
- kiçik həcmli tikiş sexinin yaradılması;
- kiçik həcmli çörək və şirniyyat istehsalı sexinin yaradılması.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti