...

Bakı-Roma aviareysi tam dolmadığına görə yola salınmayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2012 13:37 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Roma və Roma-Bakı aviareysləri tam dolmama səbəbindən ləğv edilib.
Bakı-Roma aviareysi tam dolmadığına görə yola salınmayıb

Azərbaycan, Bakı, 25 dekabr /Trend/

"Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Roma və Roma-Bakı aviareysləri tam dolmama səbəbindən ləğv edilib. Bu barədə çərşənbə axşamı Trend-ə aviaşirkətdən bildirilib.

Bakı-Roma marşrutu üzrə təyyarə yerli vaxtla saat 07:55-də yola salınmalı və paytaxta saat 18:15-də qayıtmalı idi. Dünən London, Frankfurt və Vyanadan Bakıya aviareyslər ləğv edilmişdi.

"Biz digər daşıyıcıların aviareyslərinin hansı səbəblərdən ləğv edilməsi barədə danışa bilmərik. Lakin Bakı-Roma reysi tam dolmadığına görə təxirə salınıb", - aviaşirkətdən qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti