...

Ötən il Vergilər Nazirliyinə daxil olan müraciətlərin sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2013 15:32 (UTC +04:00)
2012-ci il ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 273 131 sayda müraciət cavablandırılıb, vergi ödəyicilərinə 596 866 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.
Ötən il Vergilər Nazirliyinə daxil olan müraciətlərin sayı artıb

Azərbaycan, Bakı, 11 yanvar /Trend/

2012-ci il ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətində vergi ödəyiciləri və ümumilikdə əhalidən daxil olmuş 273 131 sayda müraciət cavablandırılıb, vergi ödəyicilərinə 596 866 sayda mesaj göndərilməklə onların məlumatlandırılması təmin edilib.

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Telefon Məlumat Xidmətinə daxil olmuş müraciətlərin 138 910-u canlı rejimdə müfəttiş-operatorlar, 134 221-i isə avtomatik rejimdə elektron operator tərəfindən cavablandırılıb. Müfəttiş operatorlar tərəfindən cavablandırılmış suallar arasında elektron xidmətlər (25,3%), vergi növləri (13,5%), qeydiyyat (14,3%) barədə suallar, avtomatik rejimdə qəbul edilmiş müraciətlər arasında isə vergi növləri (72%) və dövlət büdcəsinə olan vergi borcları (26,6%) barədə müraciətlər üstünlük təşkil edib.

2012-ci ildə canlı əlaqə zamanı müfəttiş-operatorlar tərəfindən cavablandırılan müraciətlərin sayı 2011-ci ilə nisbətən 18,2% artıb. İl ərzində vətəndaşlardan şikayət (ərizə) və məlumat xarakterli 744 müraciət qəbul edilərək aidiyyəti üzrə göndərilib.

Canlı rejimdə vergi ödəyicilərindən daxil olan sualların 98,7%-i müfəttiş-operatorlar tərəfindən dərhal, 1,3%-i isə sual vərəqəsi tərtib edilərək araşdırıldıqdan sonra cavab verilib. Sualların 79,6%-i Bakı şəhərindən, 12.8%-i mobil operatorlardan, qalanı isə ölkənin müxtəlif bölgələrindən daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti