...

“Boeing 787 Dreamliner”in uçuşlarına qadağa Azərbaycana aid deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Yanvar 2013 14:05 (UTC +04:00)
Avropada və ABŞ-da "Boeing 787 Dreamliner"in uçuşlarına qoyulan qadağa Azərbaycandakı aviareyslərə aid deyil.
“Boeing 787 Dreamliner”in uçuşlarına qadağa Azərbaycana aid deyil

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

Avropada və ABŞ-da "Boeing 787 Dreamliner"in uçuşlarına qoyulan qadağa Azərbaycandakı aviareyslərə aid deyil. Bu barədə cümə axşamı Trend-ə "Azərbaycan Hava Yolları" QSC-dəki mənbə məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda həmin təyyarələrdə uçuşlar həyata keçirilmir.

"Həmin təyyarələrdə uçuşlara qadağa Azərbaycana aid deyil, çünki respublikada "Boeing 787 Dreamliner"lə reyslər həyata keçirilmir", - mənbə qeyd edib.

ABŞ Federal Aviasiya İdarəsindən sonra Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi "Boeing 787 Dreamliner"lə uçuşları qadağan edib. İlk dəfə olaraq "Dreamliner"lə uçuşlardan Yaponiyanın "All Nippon Airways" və "Japan Airlines" aviaşirkətləri imtina edib. 2013-cü ilin əvvəlində bu təyyarələrdə çoxlu problemlər müşahidə olunub.

"Boeing 787"-in istismarı komissiyanın akkumlyatorun alışmasının potensial riski ilə bağlı problemi yoxlayana və həll edənədək müvəqqəti dayandırılıb.

Azərbaycan da 2014-cü ildə iki belə iki təyyarə almaq fikrindədir. "Azərbaycan Hava Yolları" QSC-də hesab edirlər ki, həmin vaxtadək təyyarələrlə bağlı problemlər həll olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti