...

Azərbaycan və Litva arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2013 17:13 (UTC +04:00)
Azərbaycan və Litva arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalanıb.
Azərbaycan və Litva arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalanıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Azərbaycan və Litva arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair saziş imzalanıb.

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Berlində keçirilən "Beynəlxalq Yaşıl Həftə-2013" sərgisində iştirak edən nazir İsmət Abasov litvalı həmkarı Viqiliyus Jukna ilə görüş keçirib.

Görüş zamanı iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın hüquqi bazasının yaradılması məqsədilə "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Litva Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş" imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti