...

Dövlət Neft Fondu Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 119 milyon manat ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Yanvar 2013 17:39 (UTC +04:00)
2012-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13 673,7 milyon manat, büdcə xərcləri isə 10 573,6 milyon manat təşkil edib.
Dövlət Neft Fondu Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə 119 milyon manat ayırıb

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

2012-ci il ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 13 673,7 milyon manat, büdcə xərcləri isə 10 573,6 milyon manat təşkil edib.

Fondun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2012-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 13 130,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 13 117,4 milyon manat, tranzit gəlirləri 7,9 milyon manat, bonus ödənişləri 1,6 milyon manat, akrhesabı ödənişlər 3,0 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,2 milyon manat təşkil edib.

Ötən il ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 543,6 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 253,8 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Neft Fondunun 2012-ci il büdcəsinin icrası çərçivəsində 9 905,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 300,0 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 200,0 milyon manat vəsait ayrılıb. "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 119,0 milyon manat vəsait ayrılıb. 20,0 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib.

2012-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 29,6 milyon manat təşkil edib.

2013-cü il yanvarın 1-ə Fondun aktivləri 2012-ci ilin əvvəlinə (29 800,0 milyon ABŞ dolları) nisbətən 14,5% artaraq 34 129,4 milyon ABŞ dollarına bərabər olub.

2012-ci ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 yanvar 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 14 ton 934 kq (480 146 troy unsiya) təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti