...

"MilliKart" 2012-ci il ərzində nailiyyətlərini və fəaliyyət göstəricilərini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 12:43 (UTC +04:00)
"MilliKart" 2012-ci il ərzində uğurla həyata keçirdiyi layihələri və fəaliyyət göstəricilərini açıqlayıb.
"MilliKart" 2012-ci il ərzində nailiyyətlərini və fəaliyyət göstəricilərini açıqlayıb

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

"MilliKart" 2012-ci il ərzində uğurla həyata keçirdiyi layihələri və fəaliyyət göstəricilərini açıqlayıb.

"Geridə qoyduğumuz il çox məhsuldar olub və şirkət bir neçə layihəni böyük müvəffəqiyyətlə başa vurub. Qeyd etmək istədiyimiz əsas layihələrdən "Instant issuance" - kartların dərhal verilməsi və "Bonus & Taksit" - hissə-hissə ödəmə və bonus qazanma imkanı verən layihələrdir", - Trend-in məlumatına görə, şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Ötən il ərzində aparılan əməliyyatların ümumi sayı 4 milyon manata yaxınlaşıb, əməliyyatların həcmi isə 650 milyon manata qədər yüksəlib.

MilliKart şəbəkəsindəki kartların sayı 236 min, POS-terminalların sayı 6750, ATM-lərin sayı isə 333 təşkil edir. Partnyor-bankların sayı artıb və hazırda 12-yə çatıb.

"Vurğulamaq istəyirik ki, "MilliKart" güclü proqram və aparat təchizatı ilə qabaqcıl texnologiyaya malik olan regiondakı ən sürətlə inkişaf edən şirkətlərdən biridir. Şirkət informasiya texnologiyalarının demək olar ki, bütün sahələrində iştirak edir. Kart və əlaqədar texnologiyalarda peşəkar olaraq, "MilliKart" həmçinin texnoloji həllərin və məsləhət xidmətlərinin təchizatı ilə də məşğuldur", - məlumatda qeyd olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti