...

Azərbaycan iki Baltikyanı ölkə ilə aqrar sahədə saziş imzalayacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 14:10 (UTC +04:00)
Kənd təsərrüfatı naziri İsmət Abasov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində iştirak etmək məqsədilə Almaniyanın paytaxtı Berlin şəhərində rəsmi səfərdədir.
Azərbaycan iki Baltikyanı ölkə ilə aqrar sahədə saziş imzalayacaq (FOTO)

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

Kənd təsərrüfatı naziri İsmət Abasov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə - 2013" sərgisində iştirak etmək məqsədilə Almaniyanın paytaxtı Berlin şəhərində rəsmi səfərdədir. Bu barədə Trend çərşənbə axşamı Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir.

NazirAbasov səfər çərçivəsində Estoniyanın kənd təsərrüfatı naziri Helir Valdor Seederlə görüş keçirib.

Görüşdə nazir Seederin FAO-nun Avropa üzrə Regional Konfransında iştirak etmək məqsədilə 2012-ci ilin aprel ayında Azərbaycana səfəri zamanı aparılmış müzakirələrdən ötən dövr ərzində kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə görülmüş işlər müzakirə olunub və bu kontekstdə nazir baytarlıq, fitosanitariya və elmi-texniki əməkdaşlıq haqqında sazişlərin hazırlanaraq Estoniya tərəfinə təqdim edildiyini müqabil tərəfin diqqətinə çatdırıb.

Eyni zamanda, müqabil tərəf nazir Abasovu 2013-cü ilin aprel ayında Estoniyanın Tartu şəhərində keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edib və sərgi çərçivəsində sazişlərin imzalanmasını təklif edib.

Həmçinin, nazir İsmət Abasov Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Strauyuma ilə də görüş keçirib.

Görüşdə 2012-ci ilin iyun ayında Bakı şəhərində hər iki ölkənin kən təsərrüfatı nazirləri tərəfindən imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nda öz əksini tapmış əməkdaşlıq istiqamətlərinin səmərəli şəkildə həyata keçirilməsi üzrə konkret addımlar və əməkdaşlıq mexanizmləri müzakirə olunub.

Tərəflər, iki ölkə arasında bitki və heyvan mənşəli kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini qənaətbəxş hesab etsə də onun mövcud potensialdan aşağı olduğunu qeyd edərək, ticarət dövriyyəsinin artırılması məqsədilə fitosanitariya və baytarlıq sahələrində sazişlərin imzalanmasının vacibliyini vurğulayıblar.

Görüş zamanı, həmçinin, dövlət tərəfindən kənd təsərrüfatı istehsalıçılarına göstərilən dəstəyin formaları, o cümlədən Avropa İttifaqı tərəfindən üzv ölkələrə verilən subsidiyalar barədə fikir mübadiləsi aparılıb.

Nazir Strauyuma Laimdota 2013-cü ilin aprel ayında Riqa şəhərində keçiriləcək kənd təsərrüfatı sərgisinə nazir İsmət Abasovu dəvət edib.

Bu səfər çərçivəsində nazir Abasov Berlində Litvanın kənd təsərrüfatı naziri Viqilius Yukna ilə də əməkdaşlıq haqqında saziş imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti