...

"Unicapital"a broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Yanvar 2013 16:10 (UTC +04:00)
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Unicapital" Açıq Səhmdar Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib.
"Unicapital"a broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən "Unicapital" Açıq Səhmdar Cəmiyyətinə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün 5 il müddətinə yeni xüsusi razılıqlar (lisenziyalar) verilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü QKDK-nin yaydığı məlumatda deyilir.

Qeyd edək ki, ötən ilin noyabr ayında QKDK "Unicapital"ın qiymətli kağızların idarə edilməsinə görə lisenziyasının fəaliyyətini dayandırmışdı.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti