...

Azərbaycan və İran gömrük sahəsində görüşlərin intensivləşdirilməsi barədə razılığa gəlib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 13:10 (UTC +04:00)
Azərbaycan və İran gömrük sahəsində görüşlərin intensivləşdirilməsi barədə razılığa gəlib.
Azərbaycan və İran gömrük sahəsində görüşlərin intensivləşdirilməsi barədə razılığa gəlib (FOTO)

Azərbaycan, Bakı, 30 yanvar /Trend, müxbir A.Axundov /

Azərbaycan və İran gömrük sahəsində görüşlərin intensivləşdirilməsi barədə razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev gömrük xidməti işçilərinin peşə bayramına həsr edilmiş tədbirdə bildirib.

Ötən həftə Azərbaycanın Astara sərhəd buraxılış məntəqəsində Azərbaycan və İranın gömrük komitələrinin rəis müavinlərinin görüşü keçirilib.

"Azərbaycana narkotik maddələrin böyük hissəsi cənub sərhədi vasitəsilə daxil olur. Bundan başqa, ölkənin başqa hissələrində narkotiklər aşkar olunarkən onların da İrandan gətirildiyi məlum olur. Bu, bizim müzakirə etdiyimiz əsas mövzulardan biri idi. Habelə buraxılış məntəqələrində işlərin daha sadələşdirilmiş forması, növbələrin və yoxlanışlara sərf edilən vaxtın qısaldılması, qaçaqmalçılıqla mübarizə və sairə də müzakirə edildi", - Əliyev bildirib.

Onun sözlərinə görə, bundan sonra gömrük komitələrinin rəhbərləri yarım ildə bir dəfədən az, yerli gömrük orqanlarının rəhbərləri isə ayda bir dəfədən az olmayaraq görüşəcəklər.
Görüşdə sərhəd-buraxılış məntəqələrindəki mövcud problemlərin sərnişinlərin avtomobil vasitələrində gediş-gəlişi prosedurlarının sadələşdirilməsini və ticarət dövriyyəsinin artırılmasını nəzərdə tutan həlli yolları müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti