...

Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı xeyli artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 14:55 (UTC +04:00)
2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 27,3 faiz artıb.
Dövlət Sosial Müdafiə Fonduna xarici ölkələrdən daxil olan müraciətlərin sayı xeyli artıb

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

2012-ci il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşları tərəfindən daxil olan müraciətlərin sayı 27,3 faiz artıb.

DSMF-dən Trend-ə verilən məlumata görə, Fonda daxil olan 2442 müraciət arasında MDB ölkələrindən ünvanlanan müraciətlər üstünlük təşkil edib. Belə ki, il ərzində MDB ölkələrindən DSMF-yə 1708 müraciət göndərilib. Bu müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri hesab olunan müvafiq rəsmi sənədlərin hazırlanaraq təqdim olunması, konkret hallar üçün zəruri ikitərəfli münasibətlərin tənzimlənməsindən ibarətdir.

Müraciətlərin sayına görə növbəti yerdə isə Тürkiyə gəlir. Bu ölkədən Fonda 126 müraciət ünvanlanıb. Bu müraciətlərin mövzusu Тürkiyə və Azərbaycan arasında sosial müdafiə sahəsində ikitərəfli sazişə uyğun olaraq, vətəndaşların sosial sığorta və pensiya hüquqlarının gerçəkləşdirilməsi məqsədilə konkret tədbirlərin görülməsi istiqamətindədir.

Dövlət Sosial Müdafiə Fonduna daxil olan digər 608 müraciət isə ayrı-ayrı xarici ölkələrin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti