...

Bakıda London taksilərinin sayı xeyli artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2013 13:49 (UTC +04:00)
"Baku Taxi Company" şirkəti "London Taxi" avtomobillərinin istehsalçısı "Manganese Bronze Holdings" ilə yeni maşınların alınması barədə danışıqları davam etdirəcək.
Bakıda London taksilərinin sayı xeyli artırılacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir E.İsmayılov/

"Baku Taxi Company" şirkəti "London Taxi" avtomobillərinin istehsalçısı "Manganese Bronze Holdings" ilə yeni maşınların alınması barədə danışıqları davam etdirəcək. Bu barədə çərşənbə günü Trend-ə "Baku Taxi Company"nin rəhbəri İlqar Qasımov deyib.

Onun sözlərinə görə, "Manganese Bronze Holdings"də problemlər yarandığına görə Azərbaycan şirkəti üçün taksilərin sifariş və istehsalı prosesi uzandı. Lakin Çinin "Zhejiang Geely Holding Group" şirkəti artıq bəyan edib ki, "Manganese Bronze Holdings"in əsas aktivlərini əldə edib.

Qasımovun sözlərinə görə, buna müvafiq olaraq, sifarişin yerinə yetirilməsi üzrə danışıqlar şirkətin yeni sahibləri ilə davam etdiriləcək. Danışıqlar prosesi, şərtlərin və tarixin dəqiqləşdirilməsi 1,5-2 ay vaxt apara bilər.

Onun sözlərinə görə, şirkət paytaxtı 2000 yeni taksi ilə təmin etməyə hazırdır. Xüsusilə, şirkət danışıqlar prosesində bu sayda taksinin alınmasına görə müqavilənin imzalanmasını təmin etmək niyyətindədir.

Qasımov deyib ki, yeni avtomobillərin müəyyən hissəsi artıq bu il tədarük edilə bilər. Bakıda keçiriləcək Avropa Oyunlarınadək paytaxt zəruri sayda taksilərlə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti