...

İri Azərbaycan bankı auditor seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2013 10:03 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) bankın və onun törəmə müəssisələrinin konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün açıq tender elan edib.
İri Azərbaycan bankı auditor seçir

Azərbaycan,Bakı, 12 fevral / Trend, müxbir A.Axundov /

Azərbaycan Beynəlxalq Bankı (ABB) bankın və onun törəmə müəssisələrinin konsolidasiya edilmiş maliyyə hesabatlarının auditinin aparılması üçün açıq tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Tender Komissiyasının rəsmi mətbuatda yayılmış mətbuatında deyilir.

ABB və onun törəmə müəssisələrinin ("Azərbaycan Beynəlxalq Bankı -Moskva" MMC, "Azərbaycan Beynəlxalq Bankı -Gürcüstan" SC, "Azərbaycan Sığorta Şirkəti", "Azərikart" MMC) ilin birinci yarısında və ümumilikdə 2013-cü ildə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına və Beynəlxalq Audit Standartları əsasında auditi aparılmaslıdır.

Tenderdə iştirakın dəyəri bir min manatdır. Tenderin şərtlərinə görə, 2013-cü ilin birinci yarım ili üzrə hesabatalrın auditinin yekunları bu ili sentyabrın 15-dən, bütövlükdə 2014-cü il üçün 2014-cü il aprelin birindən gec təqdim edilməməlidir.

Tender təklifləri 2013-cü il mayın 13-də saat 18.00-da qəbul edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti