Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir A. Axundov/
İnvestisiya müsabiqələri yolu ilə özəlləşdirilmiş müəssələrə investorlar tərəfindən 982 milyon ABŞ dolları məbləğində investitisya yatırılıb. Bu barədə Dövlət Əmlak Məsələləri Komitəsinin mətbu orqanı olan "Mülkiyyət" qəzetində şənbə günü dərc olunan məlumatda deyilir.
1995-ci ildən başlamış və indiyədək davam edən özəlləşdirmə prosesi nəticəsində Azərbaycanda kimya, maşınqayırma, tikinti, ticarət, xidmət, eləcə də bank sektoruna və bir sıra digər sahələrə aid müəssələr özəlləşdirilib. Bu illər ərzində 45 minə yaxın kiçik müəssisə və obyekt xüsusi mülkiyyətə verilib, 1600-dan artıq orta və iri müəssisə səhmdar cəmiyyətə çevrilib.
Əmlakın özəlləşdirilməsi prosesində 530 min nəfərdən çox insanı əhatə edən mülkiyyətçilər təbəqəsi formalaşıb.
"Ümümilikdə götürüldükdə, 1,5 milyondan artıq vətəndaş özəlləşdirmədən bu və ya digər formada bəhrələnmişdir", - deyə yazıda qeyd olunub.