...

"Societte Generale" TuranBank üçün kredit xətti açıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 18:37 (UTC +04:00)
"TuranBank" beynəlxalq tərəfdaşlarının şəbəkəsini genişləndirir.
"Societte Generale" TuranBank üçün kredit xətti açıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

"TuranBank" beynəlxalq tərəfdaşlarının şəbəkəsini genişləndirir.

Bankdan Trend-ə verilən məlumata görə, "TuranBank" və "Societte Generale" 2 il müddətinə 1 milyon dollar həcmində əlavə vəsaitin cəlb olunması haqqında razılıq sazışı imzalayıblar. İmzalanmış müqaviləyə əsasən, cəlb olunmuş vəsaitlər mikro və kiçik sahibkalığın maliyyələşməsinə yönəldiləcək.

Beynəlxalq arenada fəaliyyət çərçivəsində bankın əsas nailiyyəti nəinki Avropa, həmçinin dünya maliyyə bazarının liderlərindən olan "Societte Generale" ilə tərəfdaşlığın inkişafıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti