Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir E. İsmayılov/
Bakıda "Binə" və "Sədərək" ticarət mərkəzlərində nəzarət-kassa aparatlarının quraşdırılması prosesi yekunlaşır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə açıqlamasında, Vergilər Nazirliyinin, Vergi Auditi üzrə Departamentin rəhbəri Habil Məmmədov bildirib.
"Bu ticarət mərkəzlərində 8000 ədəd kassa aparatı quraşdırılıb və bazarın spesifik xüsusiyyəti ilə əlaqədar olaraq, [ticarət obyektlərinin icarədarlarının dəyişməsi əlaqədar olaraq] onlar daimi müşahidə altındadırlar",- deyə Məmmədov bildirib.
Nazirlər Kabineti yanında komissiyanın verdiyi qərara uyğun olaraq, ölkədə 28 növ nəzarət kassa aparatı quraşdırılıb ki, onlardan Azərbaycan ərazisində 2013-cü ilin sonlarına qədər istifadə etmək olar.