...

Rumıniyalı nazir: Rumıniya Azərbaycan şirkətlərinin biznesi üçün şərait yaratmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 14:15 (UTC +04:00)
Rumıniya Azərbaycan şirkətlərinin bu ölkədə biznesinin inkişafı üçün zəruri şərait yaratmağa hazırdır.
Rumıniyalı nazir: Rumıniya Azərbaycan şirkətlərinin biznesi üçün şərait yaratmağa hazırdır

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir H. Vəliyev/

Rumıniya Azərbaycan şirkətlərinin bu ölkədə biznesinin inkişafı üçün zəruri şərait yaratmağa hazırdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Rumıniyanın xarici investisiyalar və infrastruktur layihələr naziri Dan Şovan deyib. O, Azərbaycan-Rumıniya biznes forumunun işində iştirak edib.

Onun sözlərinə görə, Rumıniya tərəfi Azərbaycan şirkətlərinin ölkədə həyata keçirilən dövlət əhəmiyyətli layihələrə cəlb edilməsi məsələsini nəzərdən keçirməyə hazırdır. Bunlar enerji, yolların tikintisi, kənd təsərrüfatı və s. sahələrdəki layihələrdir.

"Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada fəaliyyət göstərir və düşünürük ki, şirkətin fəaliyyəti "Nabucco West "və AGRI (Azerbaijan-Georgia-Romania Interconnector) layihələri çərçivəsində də daha da genişlənəcək. Bu gün Azərbaycan rəhbərliyi ilə görüşdə bu layihələr barədə də bəhs etdik. Görüşdə qeyd edildi ki, layihələri Azərbaycan tərəfi nəzərdən keçirəcək", - Şovan bildirib.

Şovanın sözlərinə görə, 2011-ci ildə Rumıniya və Azərbaycan arasında strateji əməkdaşlığa dair saziş imzalanıb ki, bu da hazırda dinamik inkişaf edən ikirərəfli iqtisadi əlaqələrin inkişafına təkan verib.

O hesab edir ki, buna rəğmən, iki ölkənin iqtisadi əlaqələri hələlik siyasi münasibətlərin səviyyəsinə uyğun deyil.
"Bu, Azərbaycana ilk səfərimizdir. May ayında Rumıniya Baş nazirinin Azərbaycana səfəri gözlənilir. Biz Azərbaycan şirkətlərinin potensialını bilirik və istərdik ki, onlar Rumıniya iqtisadiyyatına investisiya yatırsınlar" , - Şovan vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti