...

Azərbaycan və Albaniya əməkdaşlığa dair saziş imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Aprel 2013 18:45 (UTC +04:00)
Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə Albaniyanın Baş naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan və Albaniya əməkdaşlığa dair saziş imzalayıblar

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir A.Axundov/

Bu gün Azərbaycanın Baş naziri Artur Rasizadə Albaniyanın Baş naziri Sali Berişanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, albaniyalı həmkarı ilə bir il əvvəl keçirdiyi görüşü xatırlayan Baş nazir Artur Rasizadə ötən dövr ərzində ölkəmizdə baş verən sosial-iqtisadi inkişaf tendensiyaları barədə ətraflı məlumat verib. Baş nazir albaniyalı həmkarının Bakıda keçirilən Dünya İqtisadi Forumunda iştirakını yüksək qiymətləndirib. Rasizadə bunu ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Forumun yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran Sali Berişa Albaniyanın son illər Avropada baş verən iqtisadi böhrandan uğurla çıxdığını, hətta ölkəsinin sərmayələrin qoyuluşunda davamlılığı təmin edə bildiyini də vurğulayıb. Qeyd edilib ki, iqtisadiyyatın inkişafında yüksəliş əldə etmək üçün bir çox sahələrdə güzəştlər edilib, xüsusilə istehsal üçün ölkəyə gətirilən xammal vergidən azad olunub. Həmçinin kənd təsərrüfatı sahəsində istehsal olunan məhsullar vergidən azad olunub.

Sonda Azərbaycan Respublikası Hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında əməkdaşlığa dair saziş imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti