...

“Xalq Bank”ın aktivləri bir milyard manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2013 13:27 (UTC +04:00)
Cari ilin 15 aprel tarixinə olan göstəricilərə görə "Xalq Bank" ASC-nin aktivləri 1,098 milyard manat təşkil edib. Bu Barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.
“Xalq Bank”ın aktivləri bir milyard manatı ötüb

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Cari ilin 15 aprel tarixinə olan göstəricilərə görə "Xalq Bank" ASC-nin aktivləri 1,098 milyard manat təşkil edib. Bu Barədə bankdan Trend-ə daxil olan məlumatda bildirilir.

Bankın uğurlu fəaliyyətinin nəticəsi kimi digər maliyyə göstəricilərinin də dinamik inkişafını qeyd etmək olar. Bu günə bank tərəfindən verilən kreditlərin ümumi həcmi 831,412 min manat təşkil edir ki, bu da ölkə üzrə üçüncü göstəricidir. Bankın depozit portfeli 749,620 min manat həddinə çatmışdır, bu məbləğin 598,285 min manatı əhalinin əmanətlərinin payına düşür.

15 aprel 2013-cü il tarixinə bankın balans kapitalı 208 mln. manatdan artıq, məcmu kapitalı isə 169 mln. manat təşkil etmişdir. Bununla da "Xalq Bank" ASC Azərbaycanın maliyyə institutları arasında aktivlərinin həcmi bir milyard manat həddini keçmiş sayca üçüncü bank oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti