...

Azərbaycan Almaniya "Commerzbank"ı ilə qeyri-neft sektorunda əməkdaşlığı genişləndirməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Aprel 2013 11:37 (UTC +04:00)
Almaniya "Commerzbank AG" gələcəkdə də Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.
Azərbaycan Almaniya "Commerzbank"ı ilə qeyri-neft sektorunda əməkdaşlığı genişləndirməyə hazırdır

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Almaniya "Commerzbank AG" gələcəkdə də Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovla keçirilən görüşdə bankın idarə heyətinin sədri Martin Blessinq bildirib.

Bankın çərşənbə günü yaydığı məlumatda bildirilir ki, görüş zamanı Azərbaycanda bank sektorunun qiymətləndirilməsi məsələləri, son tendensiyalar və perspektivlər, həmçinin yerli banklarla əlaqələr müzakirə edilib.
"Commerzbank AG"nin idarə heyətinin sədri Azərbaycanın uğurlu inkişafını qeyd edərək ölkəmizlə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Öz növbəsində, Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkə iqtisadiyyatının, o cümlədən bank sektorunun sürətlə inkişaf etdiyini qeyd edib. O, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi potensilanı xüsusilə vurğulayaraq ikitərəfli münasibətlərin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.
Görüş zamanı Azərbaycanda bank sektorunun inkişafına dair gələcək əməkdaşlıq istiqamətləri geniş müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti