...

Azərbaycan Dövlət Neft Fondu Rusiyanın böyük bankının səhmlərini almaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 13:59 (UTC +04:00)
"Bank VTB"nin Müşahidə Şurası açıq abunə yolu ilə hər bir əlavə səhm üçün dəyəri 0,041 rus rublu olan əlavə 2,5 trilyon əlavə səhmlərin buraxılması yolu ilə 102,5 milyard rus rublu həcmində kapitala əlavə vəsaitlərin cəlb olunması haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda bildirlir.
Azərbaycan Dövlət Neft Fondu Rusiyanın böyük bankının səhmlərini almaq niyyətindədir

Azərbaycan, Bakı, 29 aprel /Trend/

"Bank VTB"nin Müşahidə Şurası açıq abunə yolu ilə hər bir əlavə səhm üçün dəyəri 0,041 rus rublu olan əlavə 2,5 trilyon əlavə səhmlərin buraxılması yolu ilə 102,5 milyard rus rublu həcmində kapitala əlavə vəsaitlərin cəlb olunması haqqında qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi bankın yaydığı məlumatda bildirlir.

Məlumata görə, Rusiya bankı əlavə səhmlərin buraxılışı və emissiyanın prospekti haqqında qərarı 26 aprel 2013-cü il tarixində qəbul edib.

"Bank VTB" üç böyük milli rifah fondu ("Norges Bank İnvestment Management" (Norveç); "Qatar Holding LLC" və Azərbaycan Respublikası Dövlət Neft Fondu) daxil olmaqla mövcud olan və ehtimal olunan səhmdarların daxil olduğu investorlar qrupundan təklif çərçivəsində bütün əlavə səhmlərə abunədə iştirak üzrə qəti öhdəliklər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti