...

Nazir müavini: Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı cüzi artırıla bilər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2013 11:30 (UTC +04:00)
Nəqiliyyat Naziriliyi ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı ölkə hökümətinə müraciət edib.
Nazir müavini: Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı cüzi artırıla bilər (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A. Axundov/

Nəqiliyyat Naziriliyi ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması ilə bağlı ölkə hökümətinə müraciət edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə açıqlamasında nəqiliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Sərnişindaşıma ilə məşğul olan şirkətlər bizə müracitə edərək bildiriblər ki, hazırkı tariflər onların xərclərini ödəmir. Buna görə də xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır", -nazir müavini bildirib.

Onun sözlərinə görə, müraciət artıq ölkə hökumətinə göndərilib. "Bu asan proses deyil və məsələyə Tarif Şurası tərəfindən baxılır. Razılıq əldə olunan kimi bu məsələyə baxılacaq", - Pənahov bildirib.

Onun sözlərinə görə, artım çoz cüzi olacaq.

"Bu gün şəhərdaxili marşrutlar üzrə hərəkət edən avtobuslarında gediş haqqı 0,2 manat təşkil edir, yeni tariflər isə hətta 0,3 manat səviyyədə olmayacaq, aşağı olacaq", - nazir müavini bildirib.

Pənahov konkret təkliflərin olduğunu bildirsə də, onları səsləndirməkdən imtina edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti