Azərbaycan, Bakı, 2 may /Trend, müxbir A.Axundov/
Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında qüvvədə olan "İcbari sığortalar haqqında" qanuna dəyişikliklərin edilməsinə dair qanun layihəsinin parlamentin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.
Trend-in məlumatına görə, qanun layihəsi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın İcbari Sığorta Bürosunun tənzimlədiyi icbari sığorta növlərinin siyahısına daxil edilməsini nəzərdə tutur.
Bundan başqa, dəyişikliklər İcbari Sığorta Bürosunun informasiya sisteminin əhatəsinin genişləndirilməsini nəzərdə tutur. Bu sistem vasitəsilə hazırda avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortalanması üzrə, icbari sığortanın bütün dörd növü və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üçün polislər qeydiyyata alınır.