Azərbaycan, Bakı, 3 may /Trend/
Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 46-cı illik toplantısında iştirak edir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 5-dək Hindistanın Dehli şəhərində keçirilən toplantıda Azərbaycanın maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iştirak edir.
İllik toplantıda üzv ölkələrdən nazirlər, Mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər olmaqla 5 min nəfər nümayəndənin iştirakı gözlənilir.
Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-nın baş qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Banka 67 üzv ölkə var. Azərbaycan AİB-ə 22 dekabr 1999-cu ildə üzv qəbul olunmuşdur.