Azərbaycan, Bakı, 3 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 faizindən çoxunu təşkil edir. Trend-in məlumatına görə, bu barədə cümə günü "Heydər Əliyev və Azərbaycanda mülkiyyət sahəsində islahatlar" elmi-praktik konfransında çıxışı zamanı Parlamentin İqtisadi siyasət məsələləri komitəsinin rəhbəri Ziyad Səmədzadə bildirib.
"Əgər XX əsrin 70-ci illərində Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 42 faizni təşkil edirdisə, indi bu göstərici 80 faizdən yuxarıdır. Bu olduqca ciddi göstəricidir və o düzgün və planlaşdırılmış siyasətin nəticəsidir", - Səmədzadə vurğulayıb.
Ölkənin digər iqtisadi nailiyyətləri kimi Səmədzadə bu gün ÜDM-in 7 faizini təşkil edən xarici borcun səviyyəsini, həmçinin büdcə defisitini (cəmi 1,5 faiz) göstərib.
Onun sözlərinə görə, ölkə, həmçinin öz enerji təhlükəsizliyini və yüklərin təhlükəsiz daşınmasını təmin edib. Hazırda Azərbaycan 7 ədəd alternativ neft və qaz kəmərinə malikdir, həmçinin tranzit yüklərin təhlükəsiz daşınmasını təmin edir.