...

"Unibank" kapitalını təqribən 5 faiz artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 May 2013 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 may /Trend/

"Unibank" daha bir səhm emissiyası çərçivəsində öz nizamnamə kapitalını artırıb.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, "Unibank" KB ASC-nin ümumi məbləği 3 000 024 manat təşkil edən, hər birinin nominal dəyəri 2,72 manat olan 1 102 950 ədəd sənədsiz, adlı, imtiyazlı səhmlərinin yerləşdirilməsi artıq başa çatıb və 30 aprel 2013-cü il tarixlə emissiya yekunları haqqında hesabat dövlət qeydiyyatına alınıb.

Beləliklə də, "Unibank"ın nizamnamə kapitalı 64 565 184 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti