...

Mərkəzi Bank istehlak kreditlərinin şəffaflığının artımı üzrə tələblər hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2013 11:32 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən verilən istehlak kreditlərinin faiz dərəcələrinin əsaslandırılması üzrə tələblər hazırlayır.
Mərkəzi Bank istehlak kreditlərinin şəffaflığının artımı üzrə tələblər hazırlayır

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Mərkəzi Bankı (AMB) banklar tərəfindən verilən istehlak kreditlərinin faiz dərəcələrinin əsaslandırılması üzrə tələblər hazırlayır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə açıqlamasında AMB-nin idarə heyətinin rəhbəri Elman Rüstəmov bildirib.

Bu tələblərə uyğun olaraq, banklar tərəfindən AMB-yə təqdim olunan hesabatlarda faiz dərəcələri üzrə məlumatlar daha aydın və ətraflı əks ediləcək.

Rüstəmovun sözlərinə görə, bu tədbirlər ona görə həyata keçirilir ki, banklar əhalinin maliyyə savadsızlığından istifadə etməsin və onlara təqdim olunan kreditlər üzrə real faiz dərəcələrini əsaslandıran tam və şəffaf məlumat verilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti