...

AGBank-dan "VISA ilə həyat daha rahatdır" kampaniyası

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 17:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend/

2013-cü il mayın 16-dan etibarən "AGBank" "VISA ilə həyat daha rahatdır" kampaniyasına başlayır. Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, aksiya 31 iyul 2013-cü il tarixinədək qüvvədədir.

Kampaniya çərçivəsində müştəri "AGBank"da VISA kartı sifariş etdikdə aşağıdakı hədiyyələri qazanır:

"VISA Classic" kartı açdıran müştərilər:

- "Buta Sığorta"da avtomobillərin KASKO sığortasına 20% endirim;
- "Sabina" parfümeriya mağazaları şəbəkəsində 10% endirim və hədiyyə;
- "World Telekom"da bütün aksesuarlara 10%, "Al-Dəyiş" proqramında iştirak edənlərə 50% endirim;
- Park Cinema-dan hədiyyə.

"VISA Gold", "VISA Platinum" və "VISA Infinite" kartı açdıran müştərilər:

- "Buta Sığorta"da avtomobillərin KASKO sığortasına 40% endirim;

- "Sabina" parfumeriya mağazaları şəbəkəsində 20% endirim və hədiyyə;
- "World Telekom"da bütün aksesuarlara 30%, "Al-Dəyiş" proqramında iştirak edənlərə 100% endirim;
- Park Cinema-dan hədiyyə;
- "Sumakh" restoranında bütün menyuya 20% endirim.

Böyük endirimlər əldə etmək fürsətini qaçırmayın!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti