...

Dünya Bankı və BVF-nin Parlament Şəbəkəsi XI illik konfransını Bakıda keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 19:49 (UTC +04:00)
Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) yanında Parlament Şəbəkəsi XI illik konfransını Bakıda keçirəcək. Trend-in məlumatına görə, konfrans mayın 23-24-də baş tutacaq.
Dünya Bankı və BVF-nin Parlament Şəbəkəsi XI illik konfransını Bakıda keçirəcək

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondu (BVF) yanında Parlament Şəbəkəsi XI illik konfransını Bakıda keçirəcək. Trend-in məlumatına görə, konfrans mayın 23-24-də baş tutacaq.

Parlament Şəbəkəsi müstəqil qeyri-hökumət təşkilatıdır. Şəbəkə ölkələrin inkişaf proseslərində hesabatlılığın genişləndirilməsi və şəffaflığın artırılması məqsədilə əməkdaşlıq üçün 140 ölkədən 1500-dən artıq parlamentariyə platforma təqdim edir. Təşkilatın məqsədlərinə parlamentarilər və vətəndaş cəmiyyətinin rolunun artırılması daxildir.

Azərbaycan tərəfindən konfransın təşkilatçısı qismində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) çıxış edir.

Konfransda iştirak etmək üçün Bakıya Dünya Bankının xarici məsələlər üzrə vitse-prezidenti Siril Müller, DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Henri Kerali, BVF-nin xarici əlaqələr üzrə direktor müavini Roda Viks-Braun, həmçinin müxtəlif öləkələrin parlamentariləri gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti