...

İndi "Bank of Baku"da kiçik biznes krediti alanlar da "Dostlar klubu"nun üstünlüklərindən faydalanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2013 19:03 (UTC +04:00)
Azərbaycanda sahibkarlığı dəstəkləmək məqsədilə "Bank of Baku" biznes kreditləri alan şəxslər üçün güzəştlər paketini təqdim edir.
İndi "Bank of Baku"da kiçik biznes krediti alanlar da "Dostlar klubu"nun üstünlüklərindən faydalanır

Azərbaycan, Bakı, 22 may /Trend/

Azərbaycanda sahibkarlığı dəstəkləmək məqsədilə "Bank of Baku" biznes kreditləri alan şəxslər üçün güzəştlər paketini təqdim edir.

Bankdan çərşənbə günü Trend-ə verilən məlumata görə, bundan belə, kiçik biznes kreditləri alan müştərilər də bankın "Dostlar klubu"na qəbul ediləcək. Beləliklə, artıq yalnız istehlak krediti almış şəxslər deyil, eyni zamanda kiçik biznes və peşə kreditləri almış müştərilər də "Dostlar klubu"na üzv olacaq.

Kluba üzvlük bu müştərilərə bir sıra güzəşt və endirimlərdan faydalanmaq imkanı verəcək, o cümlədən, komissiya haqqı olmadan arayışsız və sərfəli faiz ilə kredit, təcili hallar üçün ekspress kredit xətti, pulsuz mobil danışıq balansı və s. Beləliklə, kiçik biznes krediti almış şəxs bankın məhsul və xidmətlərindən güzəştli əsaslarla faydalana biləcək və ona müvafiq kateqoriyalı plastik kart veriləcək.

Kiçik biznes kreditin müddəti 3 il olmaqla, faiz dərəcəsi isə 25 %-dən başlayır ( FİFD 26 %-dan). Kreditin məbləği isə 30.000 ABŞ dollarına qədərdir.

Bu günə kimi "Bank of Baku" on minlərlə ölkə vətəndaşına yüz milyonlarla ABŞ dolları məbləğində biznes kreditləri ayırmışdır. "Bank of Baku"nun biznes kredit proqramları sərfəli şərtləri və rəqabət qabiliyyəti ilə seçilir. Özünün kiçik biznesini qurmaq və canlandırmaq istəyən hər bir şəxs "Bank of Baku"ya müraciət edə bilər.

Uzun müddətli müştərilər üçün 2011-ci ildə təsis edilən "Dostlar klubu" isə istehlakçıların böyük marağı ilə qarşılanıb və qısa müddət ərzində kluba artıq 90.000-nə yaxın şəxs qoşulub. Klub üzvləri topladıqları bonuslar sayəsində güzəştli komissiya haqqı ilə arayışsız və sərfəli faiz ilə 10.000 manata qədər kredit alır, plastik kartlarında təcili kredit xətti, həmçinin telefonlarına pulsuz mobil danışıq balansı yükləmiş olurlar.

Yaxın zamanlarda bankın digər xidmətlərdən istifadə edən müştərilər də "Dostlar klubu"na qoşulmaq imkanı əldə edəcək.

Biznes kreditləri barədə daha ətraflı: 145 Məlumat Mərkəzi və www.facebook.com/bankofbaku

Məqalədə:
Xəbər lenti

Xəbər lenti