Azərbaycan, Bakı, 30 may /Trend/
Yunanıstanın maliyyə naziri Yannis Sturnaras Reyter agentliyinə müsahibəsində bildirib ki, Yunanıstan dörd illik fasilədən sonra istiqrazların kiçik həcmli buraxılışı ilə kredit bazarına qayıtmaq niyyətindədir. Bu barədə Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
"2014-cü ildə istiqrazların buraxılışı kiçik həcmdə olacaq. Mən hələ əmin deyiləm, bu 2014-cü ilin birinci və ya ikinci yarısında olacaq", - Sturnaras deyib.
"Yunanıstana böyük miqdarda vasait cəlb etmək tələb olunmur, çünki Afinanın borc yükünün sadələşdirilməsi üzrə kreditorların tədbirləri bizim borcumuzla vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Borcların xidməti üzrə xərclər əhəmiyyətli dərəcədə azalıb, ona görə də istiqrazların buraxılışı kiçik həcmdə olacaq ", - nazir əlavə edib.
Sturnaras Parisdə İƏİT-nin iclasındadır.