...

Mərkəzi Bank real sektorun monitorinqi üçün metodoloji bazanı təkmilləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 May 2013 19:57 (UTC +04:00)

Azərbayca, Bakı, 31 may /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkənin real sektorunun monitorinqinin aparılması üçün metodoloji bazanı təkmilləşdirir. Trend-in məlumatına görə, bu barədə cümə günü AMB-nin yaydığı məlumatda deyilir.

AMB-nin hazırda real sektorda biznes mühitin öyrənilməsi üzrə sorğusu sənaye, ticarət, tikinti və xidmət sahələrində fəaliyyət göstərən 350-dən artıq müəssisə və təşkilatı əhatə edir.

AMB 2008-ci ildən etibarən real sektorda biznes mühitin öyrənilməsi üçün müəssisə və təşkilatlar arasında konyuktur sorğular keçirir.

Məlumata görə, monitorinqlər sisteminin metodoloji bazası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Avropa İttifaqında biznes və istehlakçıların sorğusunun birgə proqramı" və "Biznes mühitin monitorinqi üzrə təlimatlar"ı əsasında qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti