...

"Bank BTB" yeni emissiyanın səhmlərinin yerləşdirilməsinə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyun 2013 12:57 (UTC +04:00)
İyunun 11-dən Bakı Fond Birjasında (BFB) "Bank BTB" ASC-nin 36,4 milyon manat dəyərində adi, adlı, sənədli səhmlərinin emissiyasının yerləşdirilməsi başlayır.
"Bank BTB" yeni emissiyanın səhmlərinin yerləşdirilməsinə başlayır

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir A. Axundov/

İyunun 11-dən Bakı Fond Birjasında (BFB) "Bank BTB" ASC-nin 36,4 milyon manat dəyərində adi, adlı, sənədli səhmlərinin emissiyasının yerləşdirilməsi başlayır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BFB-nin yaydığı məlumatda deyilir.

Məlumata görə, hazırda bankın nizamnamə kapitalı 13,6 milyon manat səviyyəsindədir və bununla da yeni emissiyadan sonra bankın nizamnamə kapitalı 50 milyon manatadək artacaq.

Sövdələşmənin anderrayteri qismində "Unicapital" ASC çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti