...

DB: Bu il Azərbaycanda iqtisadi artım təqribən 5 faiz olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 14:39 (UTC +04:00)
Dünya Bankı (DB) bu il Azərbaycanın ÜDM artımını 4,8 faiz səviyyəsində proqnozlaşdırır.
DB: Bu il Azərbaycanda iqtisadi artım təqribən 5 faiz olacaq

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir E. Əliyev/

Dünya Bankı (DB) bu il Azərbaycanın ÜDM artımını 4,8 faiz səviyyəsində proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə cümə günü DB-nin "Qlobal iqtisadi perspektivlər" ("Global Economic Prospects") məruzəsində deyilir.

DB ötən il Azərbaycanın ÜDM-nin artımını 2 faiz səviyyəsində proqnozlaşdırmışdı, halbuki Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə ölkə iqtisadiyyatında artım 2,2 faiz olub. 2013-cü ilin yanvar-may aylarının nəticələrinə əsasən, ölkə iqtisadiyyatı 4,5 faiz artıb.

Məruzədə bildirilir ki, DB 2014-cü və 2015-ci illərdə Azərbaycanda ümumi istehsalın artımını müvafiq olaraq, 4,8 faiz və 2,9 faiz səviyyəsində gözləyir.

DB-nin proqnozlarına əsasən, 2013-cü ildə cari əməliyyat hesablarının ÜDM-yə nisbətdə profisitinin 13,6 faiz səviyyəsində, 2014-cü ildə 11,9 faiz, 2015-ci ildə 9,4 faiz olacağı gözlənilir. Bankın hesablamalarına görə, 2012-ci ildə bu nisbət 21,7 faiz səviyyəsində olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti