...

"Vergi Dostları"na sertifikatlar təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2013 15:04 (UTC +04:00)
İyun ayının 13-də Lənkəran və 14-də Masallı şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş, Lənkəran Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin 232 nəfər müəlliminə “vergi dostu” sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbirlər keçirilmişdir. Bu barədə Trend-ə cümə günü nazirlikdən daxil olan məlumatda deyilir.
"Vergi Dostları"na sertifikatlar təqdim olunub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

İyun ayının 13-də Lənkəran və 14-də Masallı şəhərində vergi sahəsində məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini gücləndirmək, vətəndaşlarda yüksək vergi mədəniyyətini formalaşdırmaq və bu sahəyə ictimaiyyətin geniş təbəqələrini cəlb etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə seçilmiş, Lənkəran Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar və Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin 232 nəfər müəlliminə "vergi dostu" sertifikatı və kompüterlərin təqdim edilməsi ilə bağlı tədbirlər keçirilmişdir. Bu barədə Trend-ə cümə günü nazirlikdən daxil olan məlumatda deyilir.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə "Vergi dostları" şəbəkəsinin yaradılması barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, indiyədək 11 rayonda fəaliyyət göstərən 307 nəfər "vergi dostu"na müvafiq təlim keçilmiş və sertifikatlar təqdim olunmuşdur. "Vergi dostu" olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışmışlar. Sonra təlimi müvəffəqiyyətlə başa vuran "vergi dostları"na üzvlük sertifikatları, "vergi dostu"nun yaddaş kitabçası və kompyuterlər təqdim olunmuş, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalamışlar.
Tədbirdə Lənkəran və Masallı rayon icra hakimiyyətlərinin və digər dövlət qurumlarının nümayəndələri, Vergilər Nazirliyinin və 6 saylı ƏVİ-nin rəhbər vəzifəli şəxsləri, kütləvi informasiya vasitələrinin və ictimai təşkilatların nümayəndələri iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti