...

S&P və "Fitch" reytinq agentlikləri Baghlan Group FZCO-ya stabil "B" və müsbət "B-" reytinqləri verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 09:05 (UTC +04:00)
Azərbaycanda neft-qaz hasilatı, tikinti, nəqliyyat və ticarət sahələrində çoxşaxəli layihələrin həyata keçirilməsi ilə məşğul olan "Baghlan Group FZCO" iki beynəlxalq reytinq agentliyinin kredit reytinqini alıb.
S&P və "Fitch" reytinq agentlikləri Baghlan Group FZCO-ya stabil "B" və müsbət "B-" reytinqləri verib

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycanda neft-qaz hasilatı, tikinti, nəqliyyat və ticarət sahələrində çoxşaxəli layihələrin həyata keçirilməsi ilə məşğul olan "Baghlan Group FZCO" iki beynəlxalq reytinq agentliyinin kredit reytinqini alıb.

"Standard & Poor's" reytinq agentliyi Qrupa uzunmüddətli korporativ kredit reytinqini "B" səviyyəsində "Stabil" proqnozu ilə verib.

"Fitch Ratings" agentliyi isə Baghlan Group FZCO-ya uzunmüddətli xarici valyuta üzrə emitentin defolt reytinqini (EDR) - "B-" səviyyəsində "Pozitiv" proqnozu ilə verib.

"Baghlan Group FZCO" Azərbaycanda beynəlxalq kredit reytinqini almış ilk özəl korporasiyadır.

"Baghlan Group FZCO" neft-qaz, tikinti, nəqliyyat və ticarət sektorlarında fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olaraq Azərbaycanın neft-qaz sektorunda fəaliyyətə başlayan ilk özəl şirkətlərdən biri və beynəlxalq kapital bazarlarına 3 illik istiqraz alətini emissiya edən ilk özəl korporasiyadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti