...

Bakının avtomobil bazarı cüzi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2013 18:30 (UTC +04:00)
May ayında Bakının avtomobil bazarında dinamika cüzi artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (İB) paytaxtın avtomobil bazarında apardığı monitorinqin nəticilərinə dair məlumatında deyilir.
Bakının avtomobil bazarı cüzi artıb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir E.Əliyev/

May ayında Bakının avtomobil bazarında dinamika cüzi artıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin (İB) paytaxtın avtomobil bazarında apardığı monitorinqin nəticilərinə dair məlumatında deyilir.

Avtomobil bazarında tələbatın və dinamikanın artması qiymətlərə təsir göstərməyib. Belə ki, may ayında bazarda avtomobilin orta hesabla qiyməti ötən ay olduğu kimi 16 200 manat təşkil edib.

Mayda bazarda dinamikanın artması təkrar avtomobil bazarında 1,4 faiz azalaraq 41,2 günə çatan avtomobilin ekspozisiya müddətinin azalmasına səbəb olub.

İB may ayı ərzində təkrar avtomobil bazarında monitorinq aparıb. Bu zaman təqribən 15 min avtomobil araşdırma predmeti olub ki, onların yalnız 22,3 faizi iyunda bazara çıxarılıb. Yerdə qalan 77,7 faiz isə əvvəlki aylardan qalıb.

Təkrar bazarda liderlik mövqeyini uzun müddət qoruyub saxlayan "Mercedes" markalı avtomobillərə təklifin həcmi may ayında aprel ayına nisbətən 1,4 faiz azalıb. Bazarda bu markadan olan avtomobillərin payı 35 faiz təşkil edir.

Bazarın portfelində 9 markadan olan avtomobillərin payının azalması müşahidə olunur. Təkliflər sorğusunda ən böyük düşmə VAZ markalı avtomobillərdə (3,7 faiz) qeydə alınıb.

Bazarın portfelində yuxarıda göstərilən 9 markadan olan avtomobillərin payı 86,7 faiz təşkil edir. Yerdə qalan 13,3 faiz 20-dən yuxarı avtomobil şirkətinin 80 markadan çox avtomobillərinin payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti