...

Unibank Polis günü ilə bağlı güzəştli şərtlərlə kredit kampaniyasına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyul 2013 12:22 (UTC +04:00)
“Unibank” 2 iyul- Azərbaycan Polisi Günü münasibətilə, bütün daxili işlər orqanlarının əməkdaşlarını təbrik edir.
Unibank Polis günü ilə bağlı güzəştli şərtlərlə kredit kampaniyasına başlayıb

Azərbaycan, Bakı, 2 iyul /Trend/

"Unibank" 2 iyul- Azərbaycan Polisi Günü münasibətilə, bütün daxili işlər orqanlarının əməkdaşlarını təbrik edir. "Unibank" təhlükəsizliyimizin xidmətində dayanan polislərimiz üçün daha güzəştli şərtlərlə kredit kampaniyasına başlayıb.

Bankdan Trend-ə daxil olan məlumata görə, avqustun 15-dək "Unibank"dan kredit götürən bu peşə sahiblərinə 2 faiz endirim ediləcək. Kreditin maksimal məbləği 7500 AZN, ödəniş müddəti isə 48 ayadəkdir. Üstəlik kampaniya çərçivəsində kredit götürən polislərə böyük imtiyazlar verəcək üzvlük kredit kartları hədiyyə edilir.

"Unibank"da endirimli peşə krediti də davam edir. İyulun 15-dək Unibankdan kredit götürən həkimlər, dövlət qulluqçuları və hərbçilərə 2% endirim endilir. Maksmal məbləği 7.500 AZN və 48 ayadək verilən kreditləri alan bu peşə sahiblərinə, üzvlük kartı da hədiyyə olunur.

Qeyd edək ki, "Unibank" nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddi 70-dir. "Unibank"dan kredit götürənlərin aylıq gəlirlərinin məbləğlərinə və əmək stajlarına heç bir tələb qoyulmur.

Müştərilərinə bütün həftəni xidmət etmək üçün "Unibank"ın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Filiallalar nahar fasiləsiz işləyir.

Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından [email protected] ünvanına göndərməlidirlər.

Qeyd edək ki, "Unibank"da kredit ödənişləri çox asan olub. İndi bütün Unibank müştəriləri kreditləri poçt şöbələrindən, "MilliÖn" ödəniş terminallarinda, hesab.az saytında, "Unibank"ın cash-in öəniş terminallarında və unibank.az saytında vaxt itirmədən, növbəsiz və rahat ödəyə bilər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti