...

Azərbaycanda ipoteka istiqrazlarına tələbat azalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2013 18:44 (UTC +04:00)
Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Azərbaycanda ipoteka istiqrazlarına tələbat azalıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir E.Əliyev/

Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə Trend BFB-dən məlumat verilib.

Adətən tələbatın təklifi dəfələrlə üstələməsinə baxmayaraq, indiki hərracda cəmi bir investor iştirak edib. Sifarişlərin ümumi məbləği nominal üzrə 3 milyon manat təşkil edib. Sifarişlər 100,0583% qiymətdə təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 milyon manat məbləğində müəyyən edilib.

Hər bir istiqrazın nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi isə 3 faiz təşkil edib.

İstiqraz vərəqələrinin ödəmə tarixi 2022-ci il noyabrın 6-na qədərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti