...

Xarici İqtisadi İşlər üzrə Dövlət Komissiyası: Türkiyəli sərmayədarlar Misiri tərk etməyəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 14:10 (UTC +04:00)
Misirdəki hərbi çevriliş türkiyəli sərmayədarların bu ölkədəki işinə hec bir təsir etməyəcək.
Xarici İqtisadi İşlər üzrə Dövlət Komissiyası: Türkiyəli sərmayədarlar Misiri tərk etməyəcəklər

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir R.Hafizoğlu/

Misirdəki hərbi çevriliş türkiyəli sərmayədarların bu ölkədəki işinə hec bir təsir etməyəcək. Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İqtisadi İşlər üzrə Dövlət Komissiyasının (DEİK) rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

DEİK-in məlumatına görə, türkiyəli investorlar gələcəkdə də Misir iqtisadiyyatının müxtəlif sektorlarına sərmayə yatıracaqlar.

Daha əvvəl Türkiyə XİN-in rəhbəri Əhməd Davudoğlu bildirib ki, baxmayaraq ki, Ankara Misirdəki hərbi çevrilişi dəstəkləmir, mövcud vəziyyət ölkələr arasında iqtisadi və siyasi münasibətlərə heç bir təsir etməyəcək.

Hakimiyyətə verilən ultimatumun vaxtı başa çatdıqdan sonra iyulun ikisində Misir ordusu hərbi çevriliş edərək ölkədə hakimiyyəti ələ alıb.

"Əl-Cəzirə" telekanalı məlumat verir ki, Misir Prezidenti Məhəmməd Mursi və "Müsəlman qardaşları" təşkilatının üzvlərinə qarşı konstitusiyanın pozulması maddələri üzrə yeni ittihamlar irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti