...

Azərbaycanda birjadankənar əqdlərin həcmi ötən ay xeyli artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2013 19:33 (UTC +04:00)
Bu ilin iyun ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) nominal qiymət üzrə 94,72 milyon manat həcmində səhmlərin alqı-satqısı üzrə 452 birja əqdini qeydiyyata alıb.
Azərbaycanda birjadankənar əqdlərin həcmi ötən ay xeyli artıb

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir E.Əliyev/

Bu ilin iyun ayında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) yanında Milli Depozit Mərkəzi (MDM) nominal qiymət üzrə 94,72 milyon manat həcmində səhmlərin alqı-satqısı üzrə 452 birja əqdini qeydiyyata alıb. Trend-in məlumatına görə, bu barədə cümə günü MDM-nin yaydığı məlumatda deyilir.

İyunda MDM tərəfindən nominal dəyər üzrə 51,65 milyon manat həcmində 26 birjadankənar əqd və nominal dəyər üzrə 23,07 milyon manat məbləğində əlavə emissiyaya dair 43 əqd qeydiyyata alınıb.

İyunda birja əqdlərinin həcmi 3 dəfədən çox artıb.

Müqayisə üçün bu ilin mayında MDM tərəfindən 32,02 milyon manat dəyərində 415 əqd qeydiyyata alınıb.

İllik hesabatda birjadankənar əqdlərin həcmi 57 dəfədən çox (2012-ci ilin iyun ayında 0,905 milyon manat dəyərində 15 əqd), əlavə emissiya üzrə əqdlərin həcmi isə 87,15 faiz (2012-ci ilin iyun ayında 12,33 milyon manat dəyərində 26 əqd) artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti