...

Hökumət başçısı: Azərbaycan inquş turistlər üçün cəlbedicidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2013 19:15 (UTC +04:00)
Azərbaycan inquş turistlər üçün maraq doğurur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə İnquşetiyanın Baş naziri Musa Çiliyev deyib.
Hökumət başçısı: Azərbaycan inquş turistlər üçün cəlbedicidir

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir E.Əliyev/

Azərbaycan inquş turistlər üçün maraq doğurur. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Bakıda jurnalistlərə İnquşetiyanın Baş naziri Musa Çiliyev deyib.

Çiliyev bildirib: "Biz burada turizm infrastrukturunun yüksək səviyyədə inkişaf etdiyinin şahidi oluruq, bu sahədə yüksəkixtisaslı işçilərdən ibarət tam bir təbəqə yaradılıb. Ölkəniz turizmə və bu sahənin inkişafına böyük diqqət ayırır. Xüsusilə, Azərbaycanın buna qısa müddət ərzində nail olması heyrətləndirir. Hərçənd digər regionlara bunun üçün onilliklər tələb oluna bilər".

Onun sözlərinə görə, bütün bunlar Azərbaycanı Şimali Qafqaz, o cümlədən İnquşetiyadan olan turistlər üçün cəlbedici edir.

Çiliyev əlavə edib: "Şübhəsiz ki, ölkəniz, xüsusilə, dənizkənarı kurortlarınız çox maraqlıdır. Bizim ölkəmiz də inkişaf edir və öz turizm potensialının inkişafına diqqət ayırır. Bu baxımdan Azərbaycanın təcrübəsinə maraq göstəririk. Eyni zamanda, regionlarımızın yaxın qonşu olmaları avtomobillə İnquşetiyadan Azərbaycana gəlmək imkanı yaradır, həmçinin tarixi və mədəni oxşarlığımız inquş turistlər üçün ölkənizin kurotlarını Türkiyə və Misirdən daha cəlbedici edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti