Azərbaycan, Bakı, 15 iyul /Trend/
Ermənistanın Baş naziri Tiqran Sarkisyan və Rusiyanın iqtisadi inkişaf məsələləri üzrə nazirinin müavini Aleksey Lixaçev iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" saytı Ermənistan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər iqtisadi əməkdaşlığın inkişafından razılıqlarını bildirib, o cümlədən onların dərinləşməsinin perspektivlərini müzakirə ediblər. İqtisadi əməkdaşlarının genişlənməsi məsələlərinə toxunulub. Bu konteksdə Lixaçev hər iki ölkənin İqtisadiyyat nazirlikləri tərəfindən tənzimlənən birgə işçi qrupunun fəaliyyətinə dair nəticələri Ermənistanın Baş nazirinə təqdim edib.