...

"AccessBank" tarixi ərzində AİB-dən ən irihəcmli kredit alıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2013 12:23 (UTC +04:00)
Asiya İnkişaf Bankı (AİB) "AccessBank"a 50 milyon dollar həcmində kredit təqdim edib.
"AccessBank" tarixi ərzində AİB-dən ən irihəcmli kredit alıb (FOTO)

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbir A.Axundov/

Asiya İnkişaf Bankı (AİB) "AccessBank"a 50 milyon dollar həcmində kredit təqdim edib.

Trend-in məlumatına görə, çərşənbə günü Bakıda imzalanan kredit sazişi Azərbaycan bankının ölkədə mikro, kiçik və orta müəssisələrin maliyyələşdirilməsi sahəsində aktivliyə dəstək verilməsinə ayrılacaq.

"AccessBank"ın İdarə Heyətinin sədri Mihael Hoffman kredit sazişinin imzalanması mərasimində qeyd edib ki, bu, bankın tarixində bir strukturdan cəlb edilən irihəcmli kreditdir. Kredit 5 il müddətinə cəlb edilib.

Hoffman bildirib ki, bu vəsaitlərin cəlb edilməsinin məqsədi ölkənin regionlarında kiçik və orta müəssisələrə dəstək verilməsidir.

Onun sözlərinə görə, hazırda bankın 47 filialından 60 faizindən çoxu ölkənin bölgələrində yerləşir. Kənd təsərrüfatının kreditləşdirilməsinin portfeli son vaxtlar ciddi artaraq 110 milyon dollara çatıb.

AİB-in Bakı nümayəndəliyinin rəhbəri Olli Noroyonunun sözlərinə görə, AİB iqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsində dövlətə dəstək verir. Bu kredit mövcud əməkdaşlıq çərçivəsində uğurlu addım olacaq.

Onun sözlərinə görə, AİB-in Azərbaycanın dövlət sektorunda portfeli 1 milyard dollara çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti