...

İqtisadi inkişaf naziri Lerikdə vətəndaşları qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyul 2013 19:55 (UTC +04:00)
Avqustun 2-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Lerikdə Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
İqtisadi inkişaf naziri Lerikdə vətəndaşları qəbul edəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Avqustun 2-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Lerikdə Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, vətəndaşların qəbulu saat 10:00-dan etibarən Mədəniyyət evində (ünvan: Lerik şəhəri, A.Əsədullayev küçəsi, 22) təşkil olunacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin pulsuz 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, T.İsmayılov küçəsi, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (02525) 5-10-71, (050) 235-01-07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və "facebook" səhifələrində yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti