Azərbaycan, Bakı, 30 iyul /Trend/
"Vestmark Financial Leasing Investment Company" ASC vəsaitlərin cəlb edilməsi üçün Azərbaycanın korporativ istiqrazlar bazarına çıxır.
Trend-in Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə (QKDK) istinadən verdiyi məlumata görə, dünən lizinq şirkətinin 300 min manat dəyərində faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının buraxılışı qeydiyyata alınıb.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 300 ədəd istiqraz buraxılıb.