...

Azərbaycan ilə Avropa İnkişaf Bankı arasında Çərçivə Sazişi imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2013 11:44 (UTC +04:00)
Azərbaycanın İştisadi İnkişaf Naziri, Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının Sədri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq siyasəti üzrə Komissarı Ştefan Fülenin dəvəti əsasında Brüsseldə səfərdə olmuşdur.
Azərbaycan ilə Avropa İnkişaf Bankı arasında Çərçivə Sazişi imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 30 avqust /Trend/

Azərbaycanın İştisadi İnkişaf Naziri, Azərbaycan Respublikasının Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının Sədri cənab Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Avropa İttifaqının (Aİ) Genişlənmə və Avropa Qonşuluq siyasəti üzrə Komissarı Ştefan Fülenin dəvəti əsasında Brüsseldə səfərdə olmuşdur.

Trend-in məlumatına görə, səfər zamanı Ş.Mustafayev Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin Nəqliyyat üzrə Komissarı S.Kallas, Aİ-nin Qonşuluq və Genişlənmə siyasəti üzrə Komissarı Ş.Füle və Avropa İnkişaf Bankının (AİB) vitse-prezidenti V.Moltererlə görüşlər keçirmişdir.

Ş.Mustafayev Aİ-nin Nəqliyyat üzrə Komissarı S.Kallasla görüşdə Azərbaycanda və regionda həyata keçirilən nəqliyyat layihələri barədə ətraflı məlumat verərək, Bakı - Tbilisi - Qars dəmiryolu layihəsinin əhəmiyyətini vurğulamış və Cənubi Qafqaz regionunda regional əməkdaşlığın inkişafının bariz nümunəsi olduğunu bildirmişdir. Ş.Mustafayev tam regional inkişafın və əməkdaşlığın yalnız Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsindən sonra mümkün ola biləcəyi fikrini həmsöhbətinin diqqətinə çatdırmışdır.

Komissar Kallas Azərbaycanın mürəkkəb coğrafi məkanda yerləşdiyini çox yaxşı anladığını və ölkənin bölgədə sabitləşdirici rol oynadığını qeyd edərək, Bakı - Tbilisi - Qars dəmiryolu layihəsinin Aİ tərəfindən dəstəkləndiyini bildirmiş və bu mühüm regional nəqliyyat layihəsinin məhz bölgənin sülh və təhlükəsizliyinə tövhə verəcəyini xüsusilə vurğulamışdır.

Komissar Füle ilə görüşdə Azərbaycan Respublikası ilə Aİ arasında mövcud olan əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları məsələlərinə dair geniş fikir mübadiləsi aparılmışdır. Görüş zamanı Ş.Füle Aİ-nin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkədiyini bildirmişdir.

Ş.Füle Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyun ayında Brüsselə səfərini yüksək qiymətləndirərək, bu səfərin Aİ-Azərbaycan münasibətlərinin bir sıra strateji istiqamətlər üzrə inkişafına verdiyi tövhəni xüsusilə vurğulamışdır.

Görüş zamanı AR İqtisadi İnkişaf Naziri cənab Ş.Mustafayev və Aİ-nin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı Ş.Füle tərəfindən Aİ- Azərbaycan 2012-ci il Fəaliyyət Planı üzrə Maliyyələşdirmə Sazişi imzalanmışdır.

Ş.Mustafayev Brüsselə səfəri çərçivəsində eyni zamanda Avropa İnkişaf Bankının (AİB) vitse-prezidenti V.Moltererlə də görüşmüş və Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışdır.

AİB-in vitse-prezidenti ilə görüşün sonunda Azərbaycan Respublikası ilə Avropa İnkişaf Bankı arasında AİB-in Azərbaycanda fəaliyyətini tənzimləyən Çərçivə Sazişi imzalanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti